Danimarkanın xarici işlər naziri Jeppe Kofod Ukraynada mülki şəxslərin qətlə yetirildiyi İrpinə gedib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter" hesabında məlumat yayıb.
O qeyd edib ki, Rusiya ordusu İrpin və Kiyev vilayətinin digər şəhərlərində ağlasığmaz vəhşiliklər törədib.
"Danimarkalı dostum hər şeyi öz gözləri ilə gördü. Biz bunu törədənlərin məsuliyyətə cəlb edilməsinə sadiqik", - deyə Kuleba bildirib.