Modern.az

İrəvanda kütləvi mitinq - Paşinyanı devirməyə çalışırlar

İrəvanda kütləvi mitinq - Paşinyanı devirməyə çalışırlar

Dünya

2 May 2022, 19:03

Ermənistanın müxalifət qüvvələrinin formalaşdırdığı müqavimət hərəkatı Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinqə başlayıb.

 

Modern.az xəbər verir ki, mitinq İrəvanın Fransa meydanında keçirilir.

 

"Bizim yalnız bir gündəliyimiz var - Nikol Paşinyanın istefası. Bundan sonra hər şey avtomatik qaydaya düşəcək", - deyə müxalifət liderlərindən biri, "Hayastan" blokunun deputatı Vahe Akopyan bildirib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında müxalif qüvvələr İrəvanın mərkəzi küçələrini bağlamağa cəhd ediblər, lakin bir neçə saat sonra polis 240-dan çox etirazçını saxlayıb, nəqliyyatın hərəkətini bərpa edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?