Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığının Türkiyə tərəfinin təşəbbüsü ilə aparıldığı bildirilib. Söhbət zamanı Ukraynadakı mövcud vəziyyət, o cümlədən humanitar məsələlər müzakirə olunub.
Akif İsmayılov