Modern.az

Kiyevdə 1200-dən çox cəsəd tapıldı

Kiyevdə 1200-dən çox cəsəd tapıldı

Dünya

2 May 2022, 20:58

Ukrayna paytaxtının yerləşdiyi Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən öldürülən 1202 dinc sakinin cəsədi tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyev vilayətinin polis rəisi Andrey Nebitov məlumat verib.

 

Onun sözlərinə görə, meyitlər məhkəmə-tibbi ekspertiza müəssisələrinə təhvil verilib.

 

"Hazırda 280 meyit naməlum olaraq qalır", - deyə Nebitov bildirib.

 

Mayın 2-nə olan məlumata görə, vilayətdə 300 nəfər itkin düşmüş hesab olunur. Bu rəqəm daha da arta bilər.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?