Modern.az

Rusiyalı zənginlər 45 milyard dollar itirib

Rusiyalı zənginlər 45 milyard dollar itirib

Dünya

2 May 2022, 21:39

Rusiyanın ən varlı iş adamlarının sərvəti 2022-ci ilin əvvəlindən 45,484 milyard dollar azalıb.

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin Milyarderlər İndeksində (BBI) qeyd olunub.

Bu indeks dünyanın ən zəngin 500 adamını əhatə edir. Onlardan 23-ü milliyətcə rusdur. 

Mayın 2-nə olan məlumata görə, rusiyalı biznesmenlərin ümumilikdə cəmi 328,04 milyard dollar sərvəti var.

Rusların ən zəngini "NorNikel" mədən və əritmə şirkətinin baş direktoru Vladimir Potanindir. 2022-ci il yanvarın 1-dən onun sərvəti 645 milyon dollar artıb. Hazırda varidatı 31,5 milyard dollar dəyərində qiymətləndirilir.

İkinci yerdə “Novatek” neft-qaz şirkətinin direktorlar şurasının sədri Leonid Mixelson qərarlaşıb. O, 6,48 milyard dollar itirib. Hazırda iş adamı 26 milyard dollara sahibdir.

Üçüncü sırada "Novolipetsk" dəmir-polad xavodunun sahibi Vladimir Lisin gəlir. O, müvafiq dövr ərzində 4,27 milyard dollar itirsə də, bir pillə irəliləyib. İş adamının sərəncamında 23,7 milyard dollar vəsait var.

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?