Rusiyanın milli futbol komandası Millətlər Liqasının 2022/23 mövsümündə iştirak etməyəcək.
Modern.az xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.
Rusiya komandası B qrupunda təmsil olunurdu, İslandiya, İsrail və Albaniya komandaları ilə ikinci divizionda çıxış etməli idi.
Komanda avtomatik olaraq dördlükdə sonuncu yeri tutacaq və Millətlər Liqasının növbəti mövsümündə üçüncü diviziondan çıxarılacaq.