Modern.az

Bayden Ukraynaya gedəsi olmadı

Bayden Ukraynaya gedəsi olmadı

Dünya

2 May 2022, 23:49

ABŞ dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin regiona səfər etmələrinə baxmayaraq, hazırda ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfəri planlaşdırılmır.

Modern.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

"Bizim məqsədimiz səfirliyi yenidən açmaq, diplomatlarımızı ora qaytarmaqdır", - deyə o qeyd edib.

Psaki Baydenin Ukraynaya səfər etmək istədiyini, lakin hələlik heç bir planın olmadığını deyib.

Ağ Evdən verilən məlumata görə, Bayden bu həftəsonu spiker Pelosinin başçılığı ilə Ukraynaya səfər edən konqres nümayəndə heyətinin üzvləri ilə danışıqlar aparıb.

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?