Yeni Zelandiya Rusiya Federasiya Şurasının 170 üzvünə və 18 maliyyə qurumuna sanksiya tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaiya Maxuta məlumat verib.
O qeyd edib ki, Yeni Zelandiya Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı fəaliyyətini dəstəkləyənlərə yeni sanksiyalar tətbiq edib.
Məlumata görə, sanksiya siyahısına Rusiyanın Mərkəzi Bankı, Milli Rifah Fondu, “Alfa-bank”, “Rossiya” bankı, Qara Dəniz İnkişaf və Yenidənqurma Bankı, Moskva Kredit Bankı, “Qazprombank”, “Sberbank”, “Sovkombank”, “Novikombank”, “Rosselxozbank”, Rusiya Kommersiya Bankı (Krımda yerləşən), “Venşekonombank” və VTB daxil edilib.