Modern.az

İranda saxta spirtli içkidən 5 nəfər öldü

İranda saxta spirtli içkidən 5 nəfər öldü

Dünya

3 May 2022, 00:31

İranın Hörmüzqan vilayətinin Bəndər Abbas şəhərində saxta spirtli içkidən 48 nəfər zəhərlənib.

 

Modern.az xəbər verir ki, bu barədə vilayətin Tibb Fakültəsinin İctimaiyyətlə Əlaqələr üzrə direktoru Fatma Nevruziyan məlumat yayıb.

 

O bildirib ki, zəhərlənənlərdən beşi ölüb, 11 nəfərin vəziyyəti ağırdır, üç nəfər isə görmə qabiliyyətini itirib.

 

Polis saxta içki istehsal edən şəxslərin müəyyənləşdirildiyini və indiyədək 8 nəfərin nəzarətə alındığını açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?