Modern.az

Ukraynada 3 mindən çox mülki şəxs öldürülüb

Ukraynada 3 mindən çox mülki şəxs öldürülüb

Dünya

3 May 2022, 09:26

Rusiya-Ukrayna müharibəsində öldürülən mülki şəxslərin sayı açıqlanıb.

 

Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

 

Rəsmi məlumata görə, indiyədək 3 mindən çox mülki şəx vəfat edib.

 

Ali Komissarlıq fevralın 21-dən mayın 1-dək 3153 mülki şəxsin öldüyünü, 3 316 nəfərin yaralandığını təsdiq edib. Bəzi yerlərdə intensiv döyüşlər getdiyi üçün dəqiq rəqəmlər əldə etmək mümkün olmur. Donetsk, Luqansk və Xarkovda çox sayda mülki şəxs öldürülsə də, faktı yoxlamaq mümkün deyil. Bu səbəbdən sözügedən ərazidəki insan itkiləri siyahıya daxil edilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?