Modern.az

İki minə yaxın ukraynalı uşaq Rusiyaya aparılıb

İki minə yaxın ukraynalı uşaq Rusiyaya aparılıb

Dünya

3 May 2022, 09:53

Bazar ertəsi 11 500-dən çox mülki şəxs, o cümlədən 1847 uşaq Kiyev hakimiyyətinə deyilmədən Ukraynadan Rusiyaya aparılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi tərəfindən məlumat yayılıb. 

 

Qeyd edək ki, göstərilən rəqəmə Ukraynada Rusiyanın dəstəklədiyi separatçı bölgələrdən, Rusiyanın işğala başlamazdan əvvəl müstəqil dövlət kimi tanıdığı qondarma Donetsk və Luqansk xalq respublikalarından evakuasiyalar daxildir.

 

Rusiya tərəfindən vətəndaşların öz xahişi ilə təxliyə edildiyi bildirilib. Ukrayna isə Moskvanın müharibə başlayandan bəri minlərlə insanı zorla Rusiyaya deportasiya etdiyini açıqlayıb.

 

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, fevralın 24-dən indiyədək 200 minə yaxın uşaq və 1,1 milyon insan Ukraynadan Rusiyaya təxliyə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?