Modern.az

Roma Papası Putinlə görüşmək istəyir

Roma Papası Putinlə görüşmək istəyir

Dünya

3 May 2022, 10:44

Roma Papası Fransisk Ukraynadakı vəziyyətə görə Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Roma Papası Moskvaya getməyə hazır olduğunu bəyan edib.


Papa Ukraynadakı vəziyyəti nizamlamaq üçün Putinlə görüşmək arzusunu növbəti dəfə dilə gətirib.

Vatikan rəhbəri bildirib ki, o, hələ Kiyevə getmir, öncə Putinlə görüşmək üçün Moskvaya yollanmaq istəyir.

Xatırladaq ki, Putin bundan əvvəl Roma Papasının mühasirədəki Mariupol şəhərindən humanitar dəhliz açılması barədə üç xahişini rədd etmişdi.
 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?