Modern.az

“Sülh müqaviləsi olmayacaq...” - Medvedev 

“Sülh müqaviləsi olmayacaq...” - Medvedev 

Dünya

3 May 2022, 11:50

"Zelenskiyə sülh müqaviləsi lazım deyil. Sülh onun üçün sondur".

 

Modern.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında yazıb. 

 

Medvedevin fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenskinin ətrafındakı insanlar da təsdiqləyiblər ki, sülh müqaviləsi olmayacaq.

 

“Buna görə də Zelenski oyunda qaldığını, liberal dünyanın ümidi olduğunu, Avropa demokratiyasının son qalası olduğunu sübut edərək Qərbdən pul və silah dilənməyə davam edəcək”, - deyə Medvedev bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?