NATO Ukrayna böhranının gərginləşməsində mənfi rol oynayır.
Modern.az xəbər verir ki, bunu Roma Papası Fransisk deyib.
"Mən sadəcə reallığı deyirəm: Suriya, Yəmən, İraq, Afrikada bir-birinin ardınca müharibə gedir. Onların hamısının arxasında beynəlxalq maraqlar dayanır. Ukraynada münaqişəni başqaları yaradıb",- deyə Papa bildirib.
Roma Katolik Kilsəsinin rəhbəri ukraynalıların Donbassdakı hadisələrə reaksiyasını köhnə arqument adlandırıb:
“Ukraynalıların Donbassın müstəqillik cəhdlərinə reaksiyası mənasızdır. Çünki bu hadisə 10 il əvvəl olub, bu köhnə arqumentdir”.