Rusiya Aerokosmik Qüvvələrinin aviasiyası bir gecədə Ukraynada 69 hərbi obyektə zərbələr endirib.
Modern.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Artilleriya bölmələri Ukrayna Silahlı Qüvvələrinin 54 artilleriya atəşi mövqeyini, 38 dayaq məntəqəsini, həmçinin canlı qüvvə və Ukrayna hərbi texnikasının cəmləşdiyi 195 ərazini vurub. 230-a qədər millətçi, 52 ədəd silah və hərbi texnika məhv edilib", - rusiyalı general deyib.
Həmçinin bildirilib ki, Odessa vilayətindəki "Oniks" raketləri xarici silahların çatdırıldığı logistika mərkəzini vurub.