Modern.az

Mirzoyan Nulandla Qarabağı müzakirə etdi

Mirzoyan Nulandla Qarabağı müzakirə etdi

Dünya

3 May 2022, 12:30

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandla Vaşinqtonda görüş keçirib.

 

Modern.az xəbər verir ki, görüşdə Qarabağdakı vəziyyət müzakirə edilib. 

 

Ermənistan XİN başçısı ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpasından söz açıb və bunun "vacibliyini" vurğulayıb.

 

"Mirzoyanla Nulland regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər Ermənistan və Azərbaycan liderləri arasında Soçi və Brüsseldə əldə olunmuş razılaşmaların həyata keçirilməsini, Qarabağdakı vəziyyəti, eləcə də danışıqlara başlamaq prosesini müzakirə ediblər. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının vacibliyi vurğulanıb", - Ermənistan XİN-in yaydığı məlumatda deyilir.

 

Qeyd edək ki, Mirzoyan Vaşinqtonda səfərdədir. O ötən gün ABŞ dövlət katibi Entoni Blinkenlə də görüşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?