İngiltərə kraliçası II Elizabetin daimi iqamətgahlarından biri olan Vindzor qəsrində xoşagəlməz hadisə baş verib.
Modern.az xəbər verir ki, özünü yalandan keşiş kimi təqdim edən şəxs Holdin yanındakı Coldstrem Mühafizə kazarmasına daxil olub.
Yüksək səviyyəli heyətlə yeyib-içən və gecəni qəsrdə keçirən "keşiş"in 16 saat sonra yenidən yoxlanışı zamanı əsl kimliyi meydana çıxıb. Onun həqiqi keşiş olmadığı aşkarlandıqdan sonra psixi problemi olduğu da müəyyənləşib.
Fırıldaqçının kimliyi açıqlanmasa da, onun Vindzor bölgəsindən olduğu bildirilib.
Saray rəsmiləri bunu indiyə qədər baş verən ən böyük qanun pozuntularından biri kimi qiymətləndiriblər.