Modern.az

Türkiyə və Ermənistan nümayəndələri görüşdü

Türkiyə və Ermənistan nümayəndələri görüşdü

Dünya

3 May 2022, 16:30

Ermənistan və Türkiyənin münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələri Vyanada ilkin şərt olmadan prosesi davam etdirmək barədə razılığa gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

 

"Xüsusi nümayəndələr bu proses çərçivəsində öz ölkələri arasında tamhüquqlu nizamlanmaya nail olmaq məqsədini bir daha təsdiqləyiblər. Bununla bağlı səmimi və məhsuldar fikir mübadiləsi aparılıb. Bundan sonra atılacaq mümkün addımlar müzakirə edilib. Onlar prosesin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılıqlarını bir daha təsdiqləyiblər”, - Ermənistan XİN bəyan edib.

 

***

16:30

 

Avstriyanın paytaxtı Vyanada Türkiyə və Ermənistan xüsusi nümayəndələri Serdar Kılıçla Ruben Rubinyan arasında sayca üçüncü görüş baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Türkiyə saatı ilə 11:30-da başlayan görüşün 3.5 saatdır davam etdiyi bildirilib.

 

Qeyd edək ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında sonuncu görüş fevralın 24-də Avstriyanın paytaxtı Vyanada keçirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?