Modern.az

Paşinyanın istefası tələbi ilə növbəti MİTİNQ

Paşinyanın istefası tələbi ilə növbəti MİTİNQ

Dünya

3 May 2022, 19:40

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz askiyası başlayıb.

 

Modern.az xəbər verir ki, aksiya İrəvanın "Fransa" meydanında keçirilir.

 

Aksiyaçılar müxtəlif etiraz ruhlu mahnılar oxuyur və rəqs edirlər. Daha sonra müxalifət liderlərinin çıxışı gözlənilir.

 

Qeyd edək ki, son iki gündə Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları təşkil olunub. Polis nümayişçilərə qarşı güc tətbiq edib. Son məlumatlara əsasən, 250-yə yaxın etirazçı saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?