Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər. XİN başçıları, həmçinin Ramazan bayramı münasibətilə bir-birilərini təbrik ediblər.