Rusiya ordusu Ukraynanın Donetsk vilayətində yerləşən Avdeyevka kimya zavoduna zərbələr endirib.
Modern.az xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat yayıb.
Bildirilib ki, zavodun işçilərini evə aparan avtobus atəşə tutulub.
Hücum nəticəsində azı 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Ölü və yaralı sayının artacağı istisna edilmir.