Modern.az

ABŞ Ukraynaya görə BMT-ni toplayır

ABŞ Ukraynaya görə BMT-ni toplayır

Dünya

3 May 2022, 22:01

Mayın 5-də BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının iş proqramında qeyd olunub.

 

İclasda Ukraynadakı vəziyyət müzakirə olunacaq.

 

Bundan əvvəl BMT Baş katibi Antonio Quterreş Rusiya və Ukraynaya səfər edib. İclasda səfərin də müzakirə olunacağı gözlənilir.

 

Quterreş Moskvada Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşüb. Baş katib ardınca Kiyevə səfər edərək burada Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar aparıb və hərbi cinayətlərin törədildiyi Buça şəhərində olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?