Modern.az

Ukraynada ölən mülki şəxslərin yeni SAYI

Ukraynada ölən mülki şəxslərin yeni SAYI

Dünya

3 May 2022, 22:20

Ukraynada müharibə başlayandan indiyədək 3193 dinc sakin ölüb, 3353 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının son hesabatında deyilir.

 

Məlumata görə, ölənlərin 1140-ı kişi, 734-ü qadın, 71-i qız və 84-ü oğlandır, o cümlədən cinsiyyəti hələ müəyyən edilməyən 72 uşaq və 1092 böyük var.

 

Rəqəmlər yalnız sübut edilən ölüm və yaralanma faktlarına əsaslanır. Real rəqəmlər daha çox ola bilər.

 

Qeyd olunur ki, mülki əhalinin əksəriyyətinin ölümü və ya xəsarət alması hallarının səbəbi ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən atəşə tutulmasıdır. 

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?