Modern.az

Rusdilli general NATO-nun Avropa komandanı olacaq

Rusdilli general NATO-nun Avropa komandanı olacaq

Dünya

3 May 2022, 22:32

Avropa və Afrikada ABŞ ordusunun komandanı vəzifəsində çalışmış amerikalı general Kristofer Kavoli NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

 

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Kavolinin namizədliyi ABŞ prezidenti Co Bayden tərəfindən irəli sürülüb. Bu qərar Alyansa üzv olan digər dövlətlərlə razılaşdırılıb.

 

Kavoli 3 il Avropada NATO qüvvələrinə rəhbərlik etmiş ABŞ Hərbi Hava Qüvvələrinin generalı Todd Uoltersi əvəz edəcək. Kavoli hazırda ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunlarına rəhbərlik edir.

 

Bildirilir ki, Kavoli NATO-dakı vəzifəsindən əlavə, həm də ABŞ-ın Avropa Komandanlığının rəhbəri təyin olunacaq.

 

"The Wall Street Journal" nəşri yazır ki, general Yeil Universitetində Rusiya və Şərqi Avropaşünaslıq üzrə magistr təhsili alıb. Qəzet onun rus dilini yaxşı səviyyədə bildiyini qeyd edib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?