Modern.az

Rusiya üç bölgəni ilhaq edəcək - ABŞ kəşfiyyatı

Rusiya üç bölgəni ilhaq edəcək - ABŞ kəşfiyyatı

Dünya

4 May 2022, 09:30

ABŞ kəşfiyyatı Rusiyanın strategiyası barədə yeni iddia ilə çıxış edib.

 

Modern.az xəbər verir ki, ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı səfiri Maykl Karpenter mötəbər kəşfiyyat məlumatlarına əsaslanaraq Rusiyanın şərqdə qismən separatçı qüvvələrin nəzarətində olan Donetsk və Luqanskı, cənubda isə ələ keçirdiyi Xerson şəhərini ilhaq edəcəyini bildirib.

 

"Moskva mayın ortalarında bu regionlarda saxta referendum təşkil etməklə hakimiyyətə kukla idarəçiləri gətirmək istəyir", - deyə xarici KİV-də yer alan məlumatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!