Ermənistanın müdafiə naziri Suren Papikyan Gürcüstanda rəsmi səfərdədir.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Papikyan Gürcüstana 2 günlük səfər çərçivəsində gürcü həmkarı Cuanşer Burçuladze ilə danışıqlar aparacaq.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bu yaxınlarda Gürcüstana səfər etmişdi.