Modern.az

Putin mayın 9-da müharibə elan edəcək? - Peskov CAVAB VERDİ

Putin mayın 9-da müharibə elan edəcək? - Peskov CAVAB VERDİ

Dünya

4 May 2022, 15:26

Rusiya prezidenti Vladimir Putin mayın 9-da Ukraynaya müharibə elan etməyəcək.

Modern.az xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən Qərb rəsmilərinin iddialarını təkzib edib. O, Rusiya rəhbərinin mayın 9-dan müharibə elan etmək üçün istifadə edə biləcəyi barədə məlumatları cəfəngiyyat adlandırıb.


Dmitri Peskov Qərb mətbuatının mayın 9-da Rusiya Federasiyasında səfərbərlik elan oluna biləcəyi ilə bağlı məlumatlarını da yalanlayıb.


Xatırladaq ki, Rusiya fevralın 24-də səhər tezdən Ukraynanın işğalına başlayıb. Rusiya əvvəlcə hərbi obyektləri bombalayıb, sonra mülki şəhərlərə hücum edib, xüsusən Kiyev, Xarkov, Xerson, Çerniqov, Lvov, Nikolayev, Mariupol və Odessada əhali atəşə tutulub.


Rusiya Federasiyası Ukraynadakı müharibəni “xüsusi əməliyyat”, o cümlədən “əhalinin denazifikasiyası” adlandırıb. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mayın 4-nə olan məlumatına görə, müharibədə 24 500 işğalçı məhv edilib.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!