Modern.az

Rusiya Finlandiyanın hava məkanını pozdu

Rusiya Finlandiyanın hava məkanını pozdu

4 May 2022, 21:05

Finlandiya Rusiya təyyarəsinin ölkənin hava məkanını pozduğunu açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Finlandiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, Xarici İşlər Nazirliyi Rusiyanın Finlandiya paytaxtındakı səfirliyindən Rusiya təyyarəsinin ölkənin hava məkanını pozması ilə bağlı açıqlama istəyib.

 

Müdafiə Nazirliyi Rusiya təyyarəsinin ölkənin şərq sərhədində hava məkanını pozmaqda şübhəli bilindiyini bəyan edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!