Modern.az

Rusiyada COVID əleyhinə dərman hazırlandı

Rusiyada COVID əleyhinə dərman hazırlandı

Dünya

5 May 2022, 17:48

Rusiya Federasiyasının Səhiyyə Nazirliyi COVID-19 əleyhinə hazırlanmış "Mirobivir" dərmanını qeydiyyata alıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı dövlət reyestrində müvafiq qeyd hazırlanıb.

 

Səhiyyə Nazirliyi qeyddə COVID-19-un yeni dalğasına hazır olmağa çağırıb. Sənəddə deyilir ki, yenilik "Pharmasyntez" tərəfindən hazırlanıb. Tablet şəklində qeydiyyatdan keçən dərman nirmatrelvir və ritonavirin birləşməsinə əsaslanır.

 

Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyasının Səhiyyə Nazirliyi “Promomed” əczaçılıq şirkəti tərəfindən hazırlanmış koronavirus üçün “Skyvira” dərmanını qeydiyyata alıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!