Modern.az

Yaponiya rusların aktivlərini dondurur - YENİ SANKSİYA

Yaponiya rusların aktivlərini dondurur - YENİ SANKSİYA

5 May 2022, 18:43

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida məlumat verib.

 

Onun sözlərinə görə, Rusiyanın 140 vətəndaşının aktivləri dondurulacaq, sanksiyalara məruz qalan Rusiya banklarının siyahısı genişləndiriləcək.

 

Kişida bildirib ki, Yaponiya Rusiyaya qabaqcıl texnologiyaların idxalına qoyulan embarqonu da genişləndirəcək, o cümlədən kvant kompüterlərinin tədarükünü qadağan edəcək.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!