Modern.az

İtaliya Ukraynaya bu silahları göndərir

İtaliya Ukraynaya bu silahları göndərir

5 May 2022, 19:32

İtaliya Ukraynaya hərbi dəstək verməyə davam edəcək.

 

Modern.az xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Lorenzo Gerini parlamentdə çıxışı zamanı deyib.

 

O bildirib ki, ölkəsi Ukraynaya Rusiya ordusunun atəş açdığı mövqeləri müəyyən edə və zərərsizləşdirə bilən silahlar verəcək.

 

Nazirin sözlərinə görə, İtaliya Ukraynaya tank əleyhinə silahlar, qısa mənzilli hava hücumundan müdafiə sistemləri, minaatanlar, artilleriya sursatları, rabitə sistemləri, fərdi qoruyucu avadanlıqlar və təcili yardım vasitələri göndərəcək.

 

Parlamentin təsdiq etdiyi qətnaməyə uyğun olaraq, İtaliya hökuməti ilin sonuna qədər Kiyevə hərbi texnika, uniforma və digər hərbi vasitələrin tədarükünə icazə verib.

 

Yerli mətbuat İtaliyanın Ukraynaya daha ağır silah növlərini göndərəcəyini bildirib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!