Modern.az

“Belarus Ukraynada müharibəyə qoşulmayacaq” - Lukaşenko

“Belarus Ukraynada müharibəyə qoşulmayacaq” - Lukaşenko

5 May 2022, 21:21

Belarus Rusiyanın Ukraynada keçirdiyi əməliyyatda iştirak etməyəcək.

 

Modern.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko "Associated Press" agentliyinə müsahibəsində bildirib.

 

"Biz Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynada apardığı xüsusi əməliyyatda iştirak etmək fikrində deyilik. Çünki buna ehtiyac yoxdur", - deyə Lukaşenko qeyd edib

 

Belarus Prezidenti bildirib ki, Rusiya hazırda Belarusun təklif edə biləcəyi hər şeyə malikdir.

 

"Siz başa düşməlisiniz ki, biz Rusiya Federasiyası ilə müttəfiqik, ən yaxın müttəfiqlərik. Bizim hərbi-siyasi ittifaqımız var. Biz bunu heç kimdən gizlətməmişik. Bizim əslində vahid ordumuz var", - deyə Lukaşenko vurğulayıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!