Ukrayna fevralın sonundan etibarən 12 milyard dollardan çox silah və maliyyə yardımı alıb.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Varşavada yüksək səviyyəli donor konfransında bildirib.
O qeyd edib ki, ölkənin yenidən qurulması Rusiyanın əmlakı hesabına maliyyələşdiriləcək.
Şmıqal Polşa, İsveç liderləri və Avropa Komissiyasının rəhbəri ilə birgə çıxış edib. "Reuters" xəbər verir ki , Ukraynanın Baş naziri Avropa nümayəndələrinə dəstəyə görə təşəkkür edib.
"Ümid edirik ki, fond beş mənbədən maliyyələşəcək - beynəlxalq və maliyyə təşkilatları, humanitar təşkilatların köməyi, fiziki şəxslər və firmaların yardımı, nəhayət, müsadirə edilmiş Rusiya əmlakı", - deyə o bildirib.
Qeyd edək ki, bu gün Varşavada Beynəlxalq Donor Konfransı keçirilib. Məlumata görə, Ukraynaya dəstək üçün 6,5 milyard dollar toplanıb. Ukrayna Prezidenti Volodimir Zelenski də Beynəlxalq Donor Konfransında çıxış edib. O bildirib ki, Ukraynanın beynəlxalq dəstək üçün strateji plana ehtiyacı var.
Akif İsmayılov