Rusiyada səfərbərlik elan olunmayacaq.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib. Onun sözlərinə görə, Ukrayna nüvə silahından azad, bloklara qoşulmayan ölkəyə çevrilməyincə, Rusiya özünü təhlükəsiz hiss edə bilməz.
Volodin vurğulayıb ki, Ukrayna Rusiyanın bu təklifləri rədd edib: "Bu qərar qəbul edilməyincə, biz özümüzü təhlükəsiz hiss edə bilməyəcəyik".
Spiker, həmçinin Rusiyanın mümkün nüvə hücumları barədə suala cavabında ölkəsinin yalnız cavab atəşi aça biləcəyini bildirib.