Modern.az

Quterreş Moldovaya gedir - Qaçqınlarla da görüşəcək

Quterreş Moldovaya gedir - Qaçqınlarla da görüşəcək

6 May 2022, 20:26

BMT-nin Baş katibi Antonio Quterreş mayın 9-da Moldovaya səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Baş katibin nümayəndəsi Stefan Düjarrik məlumat yayıb.

 

Baş katib burada ölkə rəhbərliyi ilə görüşəcək və ukraynalı qaçqınlarla bağlı vəziyyəti öyrənəcək.

 

"Baş katib Prezident Maia Sandu və Baş nazir Natalia Qavrilitsa ilə görüşəcək, həmçinin qaçqınların qəbulu mərkəzinə baş çəkəcək", - deyə o bildirib.

 

Qeyd edək ki, Rusiyanın hücuma başlamasından indiyədək 5.5. milyon nəfər Ukraynanı tərk edib. Hazırda Moldovada yarım milyona yaxın ukraynalı qaçqın var.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!