Modern.az

Qətər əmiri İran və Avropaya danışıqlara gedir

Qətər əmiri İran və Avropaya danışıqlara gedir

Dünya

8 May 2022, 19:26

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani bu həftədən etibarən İran, Almaniya, Britaniya və digər Avropa ölkələrinə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

 

Bildirilir ki, Qətər əmiri İranın 2015-ci ildə imzalanmış nüvə sazişini müzakirə edəcək. Mənbələr, həmçinin qeyd edir ki, dünyanın ən böyük qaz ixracatçılarından biri olan ölkənin rəhbəri Avropada enerji təhlükəsizliyi barədə müzakirələr aparacaq.

 

İranın dövlət mediası Qətər əmirinin iki ölkə arasında əlaqələri gücləndirmək üçün Tehrana səfər edəcəyini bildirib, lakin dəqiq tarix və ya əlavə təfərrüatlar açıqlanmayıb.

 

Qeyd edək ki, Ukraynadakı müharibə fonunda Avropanın enerji təhlükəsizliyinə təhdid yaranıb və Avropa ölkələri Rusiya qazına alternativ axtararkən Qətərlə enerji əlaqələrini gücləndirməyə çalışır.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü