Yunanıstan Almaniyadan aldığı BMP-1 zirehli maşınlarını Ukraynaya göndərə bilər.
Modern.az xəbər verir ki, bu barədə Yunanıstanın "Kathimerini" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Yunanıstanın arsenalında olan maşınlar yeniləri ilə əvəz olunarsa, BMP-1-lər Kiyevə göndəriləcək.
BMP-1-dən əlavə Ukraynaya ya birbaşa, ya da ABŞ və Almaniya kimi vasitəçi ölkələrdən "Stinger" hava hücumundan müdafiə sistemləri, "Harpoon" kimi digər silah sistemləri də göndərilə bilər.
Müxtəlif mənbələrə görə, 1993-cü ildə Yunanıstan Almaniyadan 500-ə yaxın BMP-1-i güzəştli qiymətlə alıb. Daha sonra sovet BMP-1-ləri təkmilləşdirilərək NATO standartlarına uyğunlaşdırılıb.
Akif İsmayılov