Modern.az

Ukraynaya dəstək: Trüdo Zelenski ilə görüşdü - FOTO

Ukraynaya dəstək: Trüdo Zelenski ilə görüşdü - FOTO

Dünya

8 May 2022, 22:21

Kanadanın Baş naziri Castin Trüdo Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün sosial media hesabında məlumat yayıb.

 

Prezident paylaşımda bildirib ki, Kanada öz azadlığı uğrunda mübarizədə Ukraynaya dəstək verən ölkələr sırasındadır.

 

"Castin Trüdonun bu gün Ukrayna xalqının yanında olması bizim üçün çox şey deməkdir. İnanıram ki, biz birlikdə bütün sınaqların öhdəsindən gələcəyik”, - deyə Zelenski qeyd edib.

 

Xatırladaq ki, bundan əvvəl Trüdo hərbi cinayətlərin törədildiyi İrpen şəhərində olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü