Rusiya qoşunları Suriyadakı mövqelərini tərk edir.
Modern.az xəbər verir ki, Rusiya hərbi birləşmələrini Suriyadan çıxararaq Ukraynaya yollamağa hazırlaşır.
Məlumata görə, Ukraynaya göndəriləcək canlı qüvvə və texnika hazırda Suriyada 3 aerodroma cəmləşdirilib.
Rusiyanın Müdafiə Nazirliyi hərbçilərinin çıxarıldığı hərbi bazaları İranın İslam İnqilabı Keşikçiləri Korpusuna və Livandakı "Hizbullah"ın Suriyadakı bölmələrinə təhvil verməyi planlaşdırır.