Mariupolda qalan 170-dən çox mülki şəxs Ukraynanın nəzarətində olan Zaporoje şəhərinə sağ-salamat gəlib.
Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat yayıb.
Onlardan bəzilərinin "Azovstal" polad zavodundan çıxarıldığı bildirilir. Təxliyə əməliyyatı BMT ilə koordinasiya edilib.
Mariupol Şəhər Şurası "Azovstal" və Mariupoldan ümumilikdə 173 nəfərin xilas edildiyini açıqlayıb.
Akif İsmayılov