Modern.az

İsrail milli qvardiya yaradır

İsrail milli qvardiya yaradır

Dünya

9 May 2022, 08:51

İsrail terrorla mübarizədə yeni mərhələnin başlanğıcındadır və milli qvardiya yaratmağı planlaşdırır.


Modern.az xəbər verir ki, bunu İsrailin Baş naziri Naftali Bennet hökumətin həftəlik iclasında deyib.
 

Onun sözlərinə görə, İsrail hökumətinin ali missiyası ölkə vətəndaşlarının şəxsi təhlükəsizliyini bərpa etmək və bu istiqamətdə ilk addım milli qvardiyanın yaradılmasıdır.


Baş nazir mayın 5-də Elad şəhərində odlu silah və balta ilə hücum zamanı üç israillini öldürən iki terrorçunu yaxalayan təhlükəsizlik qüvvələrinin fəaliyyətini alqışlayıb: "Terrorçuları yaxalayacağıq dedik və bunu etdik. Bu səhər qüvvələrimiz bu qatilləri ələ keçirdi".

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü