Modern.az

Bu ölkəyə girişdə 3 doza peyvənd tələb ediləcək

Bu ölkəyə girişdə 3 doza peyvənd tələb ediləcək

Dünya

9 May 2022, 09:52

Yaponiyada epidemiyadan zərər görən turizm sektorunu canlandırmaq üçün sərhəd qapılarının xarici turistlərin üzünə açılması hədəflənir.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Baş nazir Kişida Fumio xarici turistlər üçün sərhəd tədbirlərini "tədricən" yüngülləşdirəcəklərini açıqlayıb.

Hökumət əvvəlcə ölkəyə qəbul edilən sərnişinlərin sayını 10.000-dən 20.000-ə qədər artıracaq. Müvafiq olaraq, iyun ayının əvvəlindən etibarən kiçik həcmli xarici turist qruplarının ölkəyə girişinə icazə veriləcək. Qrup üzvlərindən ən azı 3 doza peyvənd vurulması tələb olunacaq.

Müəyyən turizm məntəqələrini əvvəlcədən ziyarət edə biləcək qruplar arasında hallar aşkar olunarsa, yerli administrasiyaların epidemiyaya qarşı reaksiya imkanları ölçüləcək.

Qeyd edək ki, 2019-cu ildə ölkəyə 32 milyon xarici turist gəlib. Yaponiya Turizm Agentliyi, COVID-19 epidemiyasının yaratdığı sosial-iqtisadi şəraitdən sonra 2021-ci ildə ölkəyə 245 min 900 xarici turistin gəldiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü