Modern.az

Miqrant faciəsi - 44 nəfərin cəsədi axtarılır

Miqrant faciəsi - 44 nəfərin cəsədi axtarılır

9 May 2022, 12:35

Mərakeşin cənub hissəsindən İspaniyaya gedən miqrant qayığı batıb.

 

Modern.az xəbər verir ki, qəzaya düşən miqrantlardan 12-si sağ qalıb, 7 nəfərin cəsədi aşkar edilib. Qəzadan xilas olanların həbs edildiyi bildirilir.

 

Hazırda 44 miqrantın cəsədinin axtarışları aparılır. Dünəndən bəri cəsədləri tapmaq mümkün olmayıb. Əməliyyatlar bu gün də davam etdirilir.

 

Xatırladaq ki, bu ilin mart ayında Mərakeşin cənubundakı Tarfaya şəhər sahilində baş verən oxşar hadisə zamanı aralarında qadın və körpələrin də olduğu 40-dan çox miqrant həyatını itirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü