Modern.az

Rusiyalı məşhurların Latviyaya girişi QADAĞAN EDİLDİ

Rusiyalı məşhurların Latviyaya girişi QADAĞAN EDİLDİ

Dünya

9 May 2022, 16:08

Filipp Kirkorov, Vladimir Vinokur, Yevgeni Petrosyan və İrina Viner-Usmanova Latviya tərəfindən "persona non-qrata" elan edilib və onların ölkəyə girişi qadağan olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviç "Twitter" hesabında bildirib.

 

Qeyd olunub ki, adıçəkilən şəxslərin “qara siyahı”ya salınmasına səbəb Rusiyanın Ukrayna ətrafındakı vəziyyətlə bağlı siyasətini dəstəkləyən aktiv mövqeləri olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü