“Biz bilirik ki, Avropa İttifaqına (Aİ) üzvlük prosesi uzun illər, hətta onilliklər çəkə bilər”
Modern.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Avropa Parlamentində Ukraynanın Aİ-yə üzvlük məsələsindən danışarkən deyib.
“Düzünü desək, Avropa İttifaqı qısa müddətdə Avropa qitəsinin strukturlaşdırılmasının yeganə vasitəsi ola bilməz”, - Fransa lideri bildirib. O, eyni zamanda qeyd edib ki, Ukrayna artıq Avropa ailəsinin üzvüdür.
Qeyd edək ki, Makron Ukraynanın Avropa İttifaqına üzv olmasının tərəfdarıdır. O, bu məqsədlə “Avropa siyasi birliyi”nin yaradılmasını təklif edib.