Modern.az

Rusiyalı əsirlərin yeni görüntüləri yayıldı - FOTO

Rusiyalı əsirlərin yeni görüntüləri yayıldı - FOTO

Dünya

9 May 2022, 17:08

Müharibədə Ukrayna ordusuna əsir düşən rus əsgərlərin gözləri bağlı fotoları yayılıb.

 

Modern.az xəbər verir ki, Ukraynanın bu addımı Rusiyada qeyd edilən 9 May - Qələbə Gününə cavab kimi qiymətləndirilib. 

 

Belə ki, Sovet İttifaqının İkinci Dünya Müharibəsində faşist Almaniyasını məğlub etməsinin 77-ci ildönümü Rusiyada böyük ruh yüksəkliyi ilə qeyd olunur. 

 

Rusiya lideri Vladimir Putin Qələbə günü münasibətilə çıxışında Ukraynada döyüşləri davam etdirəcəklərini bildirərkən, qarşı tərəf böyük səs-küy yaradacaq görüntüləri tirajlayıb. Kadrlarda gözləri bağlı olan rus əsgərlər yer alıb. Ukraynanın bununla Rusiyaya müharibəni dayandırmaq haqqında açıq mesaj ötürdüyü bildirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi