İranın energetika naziri Əli Əkbər Mehrabian 10-11 may tarixlərində keçiriləcək İqtisadi Əməkdaşlıq üzrə Ermənistan-İran Birgə Komissiyasının iclasında iştirak etmək üçün İrəvana gedəcək.
Modern.az xəbər verir ki, bu barədə "Mehr News" məlumat yayıb.
Komissiya bir sıra mövzuları, o cümlədən ticarət, kompensasiya, investisiya, tranzit, nəqliyyat, elektrik enerjisi, neft, qaz, bank, maliyyə, turizm, səhiyyə və digər məsələləri müzakirə edəcək. Komissiyanın iclası çərçivəsində iki ölkənin özəl sektorunun nümayəndələrinin iştirakı ilə ticarət konfransı keçiriləcək.
Mehrabian, həmçinin Ermənistan rəsmiləri ilə iki ölkə arasında əlaqələri müzakirə edəcək.
Səfərdə İranın energetika naziri, nazir müavini, İran Milli Qaz Şirkətinin direktoru, yollar nazirinin müavini və bir neçə ölkə rəsmisi iştirak edəcək.