"Putin Almaniyaya Ukraynaya silah verməkdən başqa seçim qoymur".
Modern.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.
O qeyd edib ki, Berlin Kiyevi dəstəkləməyə davam edəcək.
Ukraynada müharibə başlamazdan əvvəl rəsmi Berlin Almaniya istehsalı olan silahların Ukraynaya ötürülməsinə mane olub. Aprelin 28-də Almaniya parlamenti Kiyevə ağır silahların tədarükü ilə bağlı sənəd qəbul edib.
Xatırladaq ki, Almaniya mətbuatında Berlinin Ukraynaya özüyeriyən artilleriya qurğuları göndərəcəyi barədə məlumat yayılıb.
Akif İsmayılov