Modern.az

ABŞ-ın rusları vurmaq üçün göndərdiyi artilleriya qurğuları

ABŞ-ın rusları vurmaq üçün göndərdiyi artilleriya qurğuları

Dünya

9 May 2022, 20:10

ABŞ indiyədək Ukraynaya 85 artilleriya qurğusu (haubitsa) verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşrinin jurnalisti Lara Seliqman ABŞ Müdafiə Nazirliyindəki yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

 

Məlumata görə, Ukraynaya ümumilikdə 90 haubitsa göndəriləcək, buna görə də artıq tədarüklər yekunlaşmaq üzrədir.

 

Mənbə bildirib ki, Ukrayna ordusunun bir neçə yüz hərbçisi hazırda həm bu silahlar, həm də digər təchiz olunmuş texnika ilə bağlı təlimlər keçir.

 

CNN isə qeyd edib ki, 20 ukraynalı hərbçi "Phoenix Ghost" pilotsuz uçan aparatı, daha 60 ukraynalı hərbçi isə M113 zirehli personal daşıyıcısında (BTR) təlimləri tamamlayıb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü