Avstriyada qatar relsdən çıxıb, bir vaqon aşıb.
Modern.az xəbər verir ki, bu barədə "Kronen Zeitung" nəşri məlumat yayıb.
Mödlinq bölgəsindəki Münhendorf yaxınlığında baş verən qəza zamanı bir nəfər ölüb, 10-dan çox insan yaralanıb. Qatarın relsdən çıxmasının səbəbi ilə bağlı araşdırma aparılır.
Nəşrin məlumatına görə, hadisə nəticəsində 2 nəfər ağır, daha 11 nəfər isə yüngül xəsarət alıb .
Akif İsmayılov